Ukrayna'daki savaş neticesinde kayıp düşen şahısların sayısı yüz binlerledir.
APA'nın haberine göre, bunu Ukrayna'nın sabık prezidenti Viktor Yuşşenko İtkin Düşmüş Şahıslar Üzre Bakü Diyaloğu çerçevesinde keçirilen IV. Beynelxalq Konfrans'ta deyib.
Təmas xəttinin uzunluğunun təqribən 2 300 km olduğunu bildirən Yuşşenkonun sözlərinə görə, Rusiya ilə müharibə Ukrayna üçün ağır humanitar nəticələr doğurub.
Sabiq prezident qeyd edib ki, Ukraynada mülki əhali arasında hər gün itkilər qeydə alınır və ən böyük faciələr cəbhə xəttində yaşanır.
Yuşşenko son 30 gündə Rusiyanın itkilərinin sayının 42 min nəfər olduğunu iddia edib.
Sabiq dövlət başçısı deyib ki, Ukraynada dəstək yalnız həmrəyliklə məhdudlaşmamalıdır. Belə ki, Ukraynada müharibə nəticəsində yaranmış humanitar problemlərin həlli üçün beynəlxalq əməkdaşlıq daha praktik xarakter daşımalıdır.
Viktor Yuşşenko beynəlxalq ictimaiyyətin əsirlərin və deportasiya edilmiş uşaqların qaytarılması məsələlərinə diqqət yetirməsinin vacibliyini vurğulayıb.
“İtkin düşmüş şəxslər, cəbhədə həlak olan və meyitləri Ukrayna təhvil verilməyən şəxslər, zorla deportasiya edilmiş uşaqlar və digər kateqoriyalar üzrə problemin miqyası on minlərlə yox, yüz minlərlə insanı əhatə edir”, - o əlavə edib.
Yuşşenko Ukraynanın bu müharibədə say üstünlüyü ilə yox, bacarıqla, müasir və asimmetrik müharibə aparmaq qabiliyyəti ilə qalib gələcəyini də bildirib.