Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında əməkdaşlığın dərinləşməsi milli iqtisadiyyatın strateji cəhətdən mühüm sahələrinə uzunmüddətli investisiyaların cəlb edilməsi üçün əlverişli şərait yaradır. Kompleks islahatların həyata keçirilməsi və dayanıqlı inkişaf kursu fonunda Avropanın ən böyük maliyyə institutları, o cümlədən Avropa İnvestisiya Bankı (EIB) ilə əməkdaşlığın rolu artır.Bank özünün ixtisaslaşmış "EIB Global" bölməsi vasitəsilə Avropa İttifaqının hüdudlarından kənarda dövlət və özəl layihələrə dəstək göstərir, strateji hədəflərin və ekoloji transformasiyanın həyata keçirilməsinə töhfə verir. EIB-nin Azərbaycandakı fəaliyyətinin prioritet istiqamətləri bərpa olunan enerji, enerji səmərəliliyinin artırılması, ekoloji cəhətdən təmiz nəqliyyat, regional əlaqələrin gücləndirilməsi, su və ətraf mühit infrastrukturunun inkişafı, rəqəmsal transformasiya, eləcə də kiçik və orta biznesin maliyyə resurslarına daha geniş çıxışının təmin edilməsi sahəsində təşəbbüslərdir.
"Report"a müsahibəsində EIB Qrupunun Cənubi Qafqaz üzrə Regional Nümayəndəliyinin rəhbəri Stella Renita Avropa İttifaqının İqtisadi və İnvestisiya Planının Azərbaycanda icrasının gedişatı, qarşıdakı dövrdə hansı prioritet layihələrin dəstəklənməsinin nəzərdə tutulduğu, eləcə də nəqliyyat infrastrukturunun, bərpa olunan enerji mənbələri sektorunun və Bakı Metropoliteninin yenilənməsinin maliyyələşdirilməsi imkanları barədə danışıb.Həmin müsahibəni oxucularımıza təqdim edirik:- Avropa İnvestisiya Bankı Aİ-nin Azərbaycanda İqtisadi və İnvestisiya Planının həyata keçirilməsində əldə olunan irəliləyişi necə qiymətləndirir? Yaxın iki-üç il ərzində hansı istiqamətlər və layihələr prioritet olacaq?
- EIB maliyyə resursları və ekspert-məsləhət dəstəyi təqdim etməklə Avropa İttifaqının Azərbaycanda İqtisadi və İnvestisiya Planının həyata keçirilməsini dəstəkləməyə hazırdır. Yaxın iki-üç il ərzində biz bərpa olunan enerji və enerji səmərəliliyinin artırılması, şəhər və regional nəqliyyatın dayanıqlı inkişafı, strateji əlaqələrin gücləndirilməsi, su və ekoloji infrastrukturun modernləşdirilməsi, rəqəmsal transformasiya, həmçinin kiçik və orta biznesin maliyyə alətlərinə çıxışının genişləndirilməsi kimi sahələrdə əhəmiyyətli potensial görürük.Hərtərəfli işlənmiş və iqtisadi cəhətdən səmərəli layihələrin müəyyən edilməsi məqsədilə Avropa İttifaqının nümayəndəliyi və digər tərəfdaş strukturlarla sıx əməkdaşlıq etmək niyyətindəyik. Aİ-nin "Sülh naminə bağlantı" paketi təxminən 200 milyon avro məbləğində əvəzsiz qrant maliyyəsinin təqdim edilməsini nəzərdə tutur və 2 milyard avroya qədər dövlət və özəl investisiya cəlb etmək potensialına malikdir. Bu, bütün Cənubi Qafqaz məkanında nəqliyyat, enerji və rəqəmsal əlaqələrin inkişafına yönəlib.Zərurət yarandıqda, Avropa İttifaqının qrant vəsaitləri və texniki yardımı EIB-nin kredit xətlərini tamamlamağa və layihələrin investisiya hazırlığı mərhələsinə çıxmasına kömək etməyə qadirdir. Hazırda EIB konkret investisiya imkanlarını öyrənmək məqsədilə Azərbaycana tanışlıq missiyası göndərməyə hazırlaşır.
- EIB-nin Azərbaycana investisiyalarının cari məbləği nə qədərdir və bank növbəti illərdə hansı yeni layihələri təsdiqləmək niyyətindədir? Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin dərinləşməsini nəzərə alaraq, EIB-nin ölkədəki fəaliyyətinin genişlənməsi mümkündürmü?- Avropa İnvestisiya Bankı 2013-cü ildən başlayaraq Azərbaycandakı tərəfdaşlarla iş aparır və respublika öz investisiya prioritetlərini müəyyən etdikcə, biz bu