ABD dış katibi Marco Rubio müzakerelerin neticesiz kalmasından sonra BMT Baş Meclisinin iclaslarında iştirak eden İran nümayende heyetinden New York'u derhal terk etmeyi talep edib.
Bu barede "Axios" adı açıklanmayan ABD resmi memuru ve mesele barede malumatlı daha bir menbeye istinad ederek malumat yayıb.
Malumata göre, Rubio ABD'nin BMT'deki nümayəndəliyinə İran nümayəndə heyətinə ölkəni tərk etməli olduqlarını bildirmək barədə göstəriş verib.
İran nümayəndə heyətinin tərkibində İranın xarici işlər naziri Abbas Əraqçi də olub. Məlumata görə, ABŞ və İran arasında Qətərin vasitəçiliyi ilə aparılan dolayı danışıqlarda bazar ertəsi səhər irəliləyiş əldə olunacağına ümid yaranıb, lakin günün ikinci yarısında danışıqlar dalana dirənib.
“Axios”un bildirir ki, İran nümayəndə heyəti bir neçə saat sonra New York hava limanına yollanıb və Dohaya uçub. Bununla belə, mənbələrdən biri Əraqçinin onsuz da həmin axşam Tehrana qayıtmağı planlaşdırdığını bildirib.
Qeyd edək ki, danışıqlarda əsas mübahisə mövzularından biri İranın ABŞ-ın dəniz blokadasının aradan qaldırılması tələbi ilə Vaşinqtonun İranın nüvə proqramı üzrə güzəştlər əldə etmək istəyidir.