Fransa Cumhurbaşkanı Emmanuel Macron'un reytinqi tarixi minimuma düşərək 18 % təşkil edib. BFMTV-nin Odoxa-Mascaret sorğusunun nəticələrinə görə, göstərici əvvəlki sorğu ilə müqayisədə daha 7 % bəndi azalıb. Fransızlar yanacaq qiymətlərinin artımının qarşısının alınması istiqamətində hökumətin atdığı addımlardan narahatdırlar. Beləliklə, respondentlərin 82 %-nin prezidentə etimad göstərməməsi Makronun Fransa cəmiyyətində ciddi etimad problemi ilə üzləşdiyini ortaya çıxarır. Makronla yanaşı, onun hökumətinin də ictimai dəstəyi ciddi şəkildə zəifləyib. Baş nazir Sebastyan Lekornyunun da reytinqi 8 % azalaraq, 24 %-ə enib. Bütün bunlar ölkədə son dövrlər dərinləşən sosial və iqtisadi problemlərin fonunda baş verir. Bu isə göstərir ki, Makron hakimiyyətinin yürütdüyü siyasət fiaskoya uğrayıb və fransızlar ondan üz döndərirlər.Əslində, Makronun və hökumətin reytinqinin bu dərəcədə minimuma enməsi bir problemin və ya bir neçə ayın nəticəsi deyil. Burada sistemli problemlər və hökumətin yarıtmaz siyasəti əsas məsələdir. Fransızlar hökumətin iqtisadi, siyasi, sosial sahələrdəki siyasətindən ciddi narazılıq edirlər və siyasi kursun dəyişdirilməsini tələb edirlər. Eyni zamanda Makronun idarəçilik üslubu və hakimiyyətin həddən artıq mərkəzləşməsi də ən çox tənqid olunan məsələlərdən biridir. 2024-cü ildə keçirilən parlament seçkilərindən sonra yaranmış siyasi parçalanma da əslində Makronun idarəçilik kursu ilə əlaqədardır və aradan 2 il keçsə də, hökumət hələ də bu siyasi parçalanmanın öhdəsindən gələ bilmir.
Yanacaq böhranı və hökumətin yarıtmaz siyasətiYaxın Şərqdə və Hörmüz boğazı ətrafında baş verən hadisələr səbəbindən dünyada neft təchizatında problemlər və qiymət artımı müşahidə olunur. Bu isə bir sıra ölkələrdə yanacaq qiymətlərinin bahalaşmasına səbəb olub. Bu artımın yükünü gündəlik həyatlarında hiss edən fransızlar hökumətdən ciddi və təsirli tədbirlər gözləsələr də, ortaya çıxan mənzərə Yelisey sarayının bu problem qarşısında aciz qaldığını göstərir. Rəsmi rəqəmlərə görə, əhalinin 48 %-i yanacağın bahalaşmasının ailə büdcəsinə ciddi təsir etdiyini bildirir. Hökumətin yardım paketləri də problemləri həll edə bilmir və narazılıqlar getdikcə artır. Hökumət aşağı gəlirli ailələrə yardım etsə də (son olaraq 5.5 milyon nəfərə çatdırılıb) Odoxa-nın son sorğusu fərqli rəqəmlər ortaya çıxarır. Fransızların 75 %-i bu yardımı yetərsiz hesab edir. Bu da sübut edir ki, hökumət böhranın nəticələrini vətəndaşların hiss etdiyi səviyyədə kompensasiya edə bilmir.
Dövlət xidmətlərinin böhranıFransada dövlət xidmətlərinin bərbad vəziyyəti də ciddi narazılıqlara səbəb olur. Təhsil sahəsində və məktəblərdə kadr çatışmazlığı xüsusi diqqət çəkir. Sentyabr ayında Fransa mediası yazırdı ki, ölkədə dövlət məktəblərinin yarıdan çoxunda dərs ilinin ilk həftəsində ən azı bir müəllim çatışmayıb. Problem bununla bitmir, əlavə olaraq, işçi çatışmazlığı, binaların vəziyyəti, bir sinifdə həddən artıq şagird çoxluğu da narazılıqlardandır. 29 sentyabrda ölkə üzrə 330-dan çox liseydə müxtəlif formada tədris pozuntuları qeydə alınıb. Araşdırmalar göstərir ki, 20 mindən çox dövlət qulluqçusu öz vəzifələrini lazımi səviyyədə yerinə yetirmək üçün kifayət qədər imkanlarının olmadığını bildiriblər.
Hökumətin ciddi maliyyə problemi və artan narazılıqlarYanacaq böhranı üçün vətəndaşlara 450 milyon ayrılsa da, ölkənin maliyyə imkanları getdikcə daraldığı üçün bu, hökumətin qarşısında ciddi problemə çevrilir. Hökumətin etiraf etdiyinə görə, Fransada büdcə kəsiri cari ildə ÜDM-in