Özbəkistanda təşkil olunan Ümumdünya Şahmat Olimpiadası günlərində Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov və Türkiyə Şahmat Federasiyasının yeni seçilən prezidenti Enes Efendioğlu arasında görüş keçirilib.\n\nBu barədə \"Report\"a Azərbaycan Şahmat Federasiyasından bildirilib. Görüşdə iki qardaş ölkə arasında şahmat sahəsində əməkdaşlığın yeni mərhələsi, birgə turnirlərin təşkili, gənc şahmatçıların hazırlığı və qarşılıqlı təcrübə mübadiləsi müzakirə olunub.\n\nGörüşün sonunda Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov Türkiyə Şahmat Federasiyasının prezidenti Enes Efendioğluya xatirə hədiyyəsini təqdim edib.
Küresel Brifing Yükleniyor...
Dünya basınından Türkiye ve küresel merkez bankaları hakkındaki en kritik 24 saatlik gelişmeler özetleniyor.