Azerbaycan Cumhuriyeti, Gürcüstan ve Türkiye Cumhuriyeti hükümetleri arasında Gümrük Məsələləri Üzərindən Üçtərəfli Komitənin 5-ci iclası Göygöl rayonunda keçirilmektedir.
APA-nın yerli bürosunun məlumatına görə, tədbirdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırovun, Türkiyə Respublikasının ticarət nazirinin müavini Sezai Uçarmakın və Gürcüstan Gəlirlər Xidmətinin rəhbəri, maliyyə nazirinin müavini Mamuka Barataşvilinin rəhbərliyi ilə nümayəndə heyətləri iştirak edirlər.
İclasda üç ölkənin gömrük xidmətləri arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri geniş müzakirə olunması nəzərdə tutulur.