Türkiye, Misir, Pakistan ve Səudiyyə Ərəbistanının (R4 formatı), eləcə də Fransa, Almaniya, Böyük Britaniya (Avrotroyka) və İtaliyanın xarici işlər nazirləri oktyabrın 23-də İstanbulda keçirilən görüşdə aktual regional və beynəlxalq məsələləri müzakirə ediblər.
"Report" Almaniya XİN-ə istinadən xəbər verir ki, bu barədə 8 ölkənin xarici siyasət qurumlarının birgə bəyanatında deyilir.