Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi, NATO Baş katibinin tərəfdaşlıqlar üzrə köməkçisi, səfir Kevin Hamilton ilə Azərbaycan və NATO arasında tərəfdaşlıq əməkdaşlığının perspektivlərini müzakirə ediblər. Bu barədə "Report"a Azərbaycanın NATO yanında Nümayəndəliyindən məlumat verilib.
Görüş zamanı tərəflər ilk dəfə birgə olaraq Azərbaycanda keçirilmiş "Tərəfdaş ölkələrin qabiliyyət uyarlılığı təşəbbüsünün (PCCI-26)" üçüncü işçi görüşü və NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramına bəyan edilmiş Azərbaycan Ordusunun bölmələrinin iştirakı ilə keçirilən 1-ci Səviyyə Özünüqiymətləndirmə (SEL1) təliminin uğurlu nəticələri, eləcə də Azərbaycan-NATO tərəfdaşlığında əməkdaşlığın gələcək perspektivləri və "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparıblar.MƏLUMAT YENİLƏNİR ...