Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı ilə qarşılıqlı fəaliyyəti, o cümlədən COP29 və 13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) keçirilməsi onun ümumi qlobal problemlərin həllində iştirak etməyə hazır olduğunu göstərir.
"Report"un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Dmitro Şlapaçenko 24 oktyabr – BMT Günü ərəfəsində təşkil olunmuş yüksəksəviyyəli strateji dialoqda bildirib.
"Azərbaycanın çoxtərəfli əməkdaşlığa və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağa sadiqliyini qeyd etmək istəyirəm. Ölkənin BMT ilə qarşılıqlı fəaliyyəti, o cümlədən COP29 və WUF13-ün keçirilməsi onun ümumi qlobal problemlərin həllində iştirak etməyə hazır olduğunu göstərir", - o bildirib.
"Azərbaycanın çoxtərəfli əməkdaşlığa və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına sadiqliyini qeyd etmək istəyirəm. Ölkənin BMT ilə qarşılıqlı fəaliyyəti, o cümlədən COP29 və WUF13-ün keçirilməsi onun ümumi qlobal problemlərin həllində iştirak etməyə hazır olduğunu sübut edir", - o bildirib.