Ağ Ev lideri Donald Trump, Rusya Devlet Başkanı Vladimir Putin'in Ukrayna üzre anlaşma əldə etməyə Ukrayna lideri Volodimir Zelenskidən daha çox can atığına dair bir fikir səsləndirib.
"Report" xəbər verir ki, Tramp öz mövqeyini Ohayo ştatına uçmazdan əvvəl jurnalistlərlə söhbətində açıqlayıb.
"Mən düşünürəm ki, onlar razılaşma bağlayacaqlar. Düşünürəm ki, Putin, əslində, razılaşma bağlamağı Zelenskidən daha çox istəyir", - Amerika lideri iddia edib.
Bununla yanaşı, o əlavə edib ki, tərəflər razılaşma bağlamaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər: "Biz onları məcbur edəcəyik ki, saziş bağlasınlar".
Ağ Ev rəhbəri həmçinin tərəflərdən heç birinin enerji barışığına öz razılığını təsdiqləməməsi ilə bağlı sualı da cavablandırıb.
"Onlar razılaşıblar. Bilirsiniz, niyə? Çünki mən dedim: "Siz razılaşırsınız". Məhz buna görə", - Tramp bildirib.
Dizel yanacağı üzrə Moskva və Vaşinqton arasındakı razılaşmalara dair partiyadaşlarının tənqidlərini şərh edən ABŞ Prezidenti bildirib ki, bu saziş bütün dünya üçün nəzərdə tutulub və o, enerji daşıyıcıları bazarlarına böyük təsir göstərəcək.