\"Azerbaycan–Gürcüstan–Türkiye–Bolqarıstan Yaşıl Enerji Dəhlizi\" üzrə hökumətlərarası sazişin bu ilin noyabrında keçiriləcək COP31 çərçivəsində imzalanması planlaşdırılır.\n\nAPAxəbər verir ki, bunu Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) çərçivəsində keçirilən “Regional enerji əlaqələri və yaşıl keçid: çətinliklər və imkanlar” adlı sessiyada çıxışı zamanı deyib.\n\nNazir həmçinin Azərbaycanın Naxçıvan vasitəsilə elektrik enerjisi əlaqəsinin inkişafının strateji əhəmiyyət daşıdığını bildirib.\n\nŞahbazov qeyd edib ki, ilkin ötürmə gücü 1 QVt olacaq bu layihə Azərbaycanın enerji sistemləri arasında yeni əlaqə yaradacaq.\n\nOnun sözlərinə görə, layihə Azərbaycanın digər bölgələrində və Mərkəzi Asiyada istehsal olunan yaşıl elektrik enerjisinin Naxçıvan üzərindən Türkiyə və Avropa bazarlarına çıxarılması üçün əlavə imkanlar yaradacaq.\n\nNazir bildirib ki, bu layihələrin bir-biri ilə əlaqələndirilməsi Mərkəzi Asiyadan Avropaya qədər uzanan inteqrasiya olunmuş elektrik enerjisi interkonnektorları şəbəkəsinin yaradılmasına imkan verə bilər.\n\nNazir: Son illərdə Azərbaycanda dövlət investisiyalarının həcmi 25 mlrd. dollara çatıb\n\nFormula 2 Bakı Qran-Prisinin ikinci böyük səhnəsi: Sürət, rəqabət və adrenalin -FOTOLENT\n\nSahil Babayev: Azərbaycan dövlət istiqrazlarının müddətini uzadacaq\n\n
Küresel Brifing Yükleniyor...
Dünya basınından Türkiye ve küresel merkez bankaları hakkındaki en kritik 24 saatlik gelişmeler özetleniyor.